Tərkibi:
3 ədəd yumurta +1 ədəd yumurtanın ağı
1 su stəkanı un
1 su stəkanından 1 yemək qaşığından az şəkər tozu
Yarım yemək qaşığı qabartma tozu
Yarım su stəkanı portağal suyu
4 yemək qaşığı duru yağ
1 paket vanil
1 ədəd portağalın rəndələnilmiş qabığı
Sous üçün:
1 paket (80 qram) şokolad
Yarım su stəkanı krem
Yarım yemək qaşığı incə doğranmış portağal qabığı
Hazırlanması:
Yumurtaların ağını və sarısını ayırın. Ayrı bir yerdə un, şəkər tozu və qabartma tozunu qarışdırın. Yumurta sarısı, portağal suyu, duru yağ, vanil və portağal qabığı əlavə edib, qarışdırın. Yumurta ağlarını bir ovuc duzla, qar halına gələnə qədər çırpın. Daha sonra metal bir qaşıqla yavaşca unlu qarışığa əlavə edin. Xəmiri, yağlanmış ortası dəlikli keks qəlibinə tökün. Əvvəldən isidilmiş 170 dərəcə sobada 50-55 dəqiqə bişirin. Qəlibi tərs çevirib, keksi bu şəkildə soyudun. Sous üçün şokoladı Benmari üsulu əridin. Krem əlavə edib qarışdırın. Ocaqdan götürüb, portağal qabığı əlavə edin. Sousu keksin üzərinə gəzdirin. Portağal qabığı ilə bəzəyib xidmət edin.