Ramazan pidəsi.

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 787
Səs ver:
(səs: 2)
Ramazan pidəsi evdə necə hazırlanar?

 Vəsaitlər:
1 paket quru maya.
1 şorba qaşığı şəkər tozu.
1 su stəkanı ilıq su.
1 su stəkanı ilıq süd.
Yarım çay stəkanı günəbaxan yağı.
1 yumurta ağı.
1 çay qaşığı duz.
Ala bildiyi qədər un.
 
Üzəri Üçün Vəsaitlər:
1 yumurta sarısı.
Çörəkotu və ya küncüt.
 
Geniş və dərin bir qabın içinə 1 su stəkanı ilıq suyu, 1 paket mayanı və 1 şorba qaşığı toz şəkəri qoyub, şəkər və maya əriyənə qədər yaxşıca qarışdırın. 1 su stəkanı ilıq südü, yarım çay stəkanı günəbaxan yağını, 1 ədəd yumurtanın ağını və duzu əlavə edin. Sarısını üzərinə sürmək üçün ayırın. Sonra bu vəsaitləri qarışdırın və aldığı qədər ələnmiş unu hazırladığınız qarışığın içinə tökün. Xəmir, əlinizə yapışmayacaq qədər konsistensiya götürdüyündə qabın üzərini bir bezlə örtərək xəmiri mayalanması və qabarması üçün bir kənara qoyun. Təxminən yarım saat, 45 dəqiqə gözlədin. Yumşaq bir xəmir əldə etdikdən sonra ramazan pidəsini açacağam zəminin üzərinə bir az un səpin və xəmiri bir neçə dəfə daha yoğurun. Yoğurduqdan sonra yağlı kağız sərdiyiniz boşqabın tam ortasına yerləşdirin. Barmaq uclarınızla pide şəkli verin. Sonra da xəmirin üzəri üçün ayırdığınız yumurta sarısını sürtün. Üzərinə küncüt və ya çörəkotu səpin. Mayalı xəmiri bu şəkildə nimçədə təxminən 1-2 dəqiqə gözlətdikdən sonra, 190-200 dərəcəlik sobada qızarana qədər bişirin. Bişirmə əməliyyatı əsnasında eviniz çox ləzzətli bir qoxu bürüyəcək.

 NUŞ OLSUN!


Mənbə: Qadınlar.biz

(səs: 2)
Şərhlər: 6
Baxılıb: 4 787
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri