Asi tortu

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 3 652
Səs ver:
(səs: 2)
Tərkibi:
300 qram milföy xəmiri
1 yumurtanın sarısı 
2 yemək qaşığı çəkilmiş badam 
2 yemək qaşığı çəkilmiş püstə
Xəmiri açmaq üçün un

İç üçün:

250 qram yağlı pendir
1 yemək qaşığı şəkər
1 paket vanil
1 yemək qaşığı limon suyu

Hazırlanması:

Milföy xəmirinin iki dənəsini üst üstə qoyub unlanmış bir sahədə bir az açın. Bu xəmirdən tort qəlibləriylə ürək formasında kəsin. Bir nimçəyə yerləşdirin. Yumurta sarılarını süd ilə qarışdırın və ürəklərin üzərinə sürün. Ürək şəklindəki xəmirlərin üst qisiminə çəkilmiş badam və püstə səpin. Daha əvvəldən isidilmiş bir sobada 175 dərəcədə, 10-15 dəqiqə bişirin. İçi üçün pendiri şəkər və vanil limon suyu ilə qarışdırın. Bunu sıxma torbasına doldurun. Ocaqdan götürdüyünüz ürək peçenyeləri ikiyə ayırın və sıxma torbasından ürək formasında krem sıxın. Kremlərin ortasını vişnə, çiyələk, ərik cemi ilə bəzəyib xidmət edə bilərsiniz.

Nuş olsun! nyam
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 652
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri