Qarağatlı biskvit ruleti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 6 244
Səs ver:
(səs: 4)


Tərkibi: 
xəmir: 
2 yumurta
50 q şəkər tozu
50 q un 
20 q kərə yağı
1 ç.q. qabartma tozu
qida boyası (məsələn, qırmızı)

krem: 
250 q maskarpone pendiri
1 yumurta
40 q şəkər tozu
200 q qırmızı qarağat (+zövqə görə şəkər tozu)
1 x.q. nişasta

2 yumurta və 50 q şəkər tozunu çalın. Əridilmiş kərə yağı, un və qabartma tozu əlavə edib yaxşıca qarışdırın.

 

  


 Xəmirdən 2 x.q. qədər ayırın, qida boyası və 1 x.q. un əlavə edib qarışdırın

 

Qırmızı xəmiri silikon döşəmə, yaxud perqament kağızının üstünə naxış formasında salın.

 

 Sobanı 190 dərəcə qızdırın. Naxışlı xəmir olan sinini sobada 2 dəqiqə saxlayın (nə az, nə çox).

 

Sonra çıxarın və üstünə açıq rəngli xəmiri yayın. Sobada 5-7 dəqiqə bişirin.

 

Hazır korju döşəmə və ya perqamentlə birlikdə təmiz dəsmala bükün, soyudun.

 

Qarağatı blenderdə qarışdırin.

 

Sonra ələkdən keçirin.

 

Qarağat lətini tayqulpa tökün, üstünə zövqə görə şəkər tozu əlavə edin, ocağın üstə qoyun. 1 x.q. nişastanı 50 ml soyuq suda qarışdırın, tayqulpdakına əlavə edin, qatılaşanda ocaqdan götürüb soyudun. 

 

Pendir, şəkər tozu və 1 yumurtanın sarısını eynicinsli kütlə alınanadək çalın.Möhkəm çalınmış yumurta ağını buraya əlavə edib yaxşıca qarışdırın 

 

Korju açın və silikon döşəmədən (yaxud perqamentdən) səliqə ilə ayırın. Üstünə giləmeyvəli sousu çəkin.

 

Sonra maskarponeli kremi çəkin. Bir neçə təzə giləmeyvə düzün. (Əgər yumurtalı kremi xoşlamırsınızsa, krem-şantidən də istifadə edə bilərsiniz. Amma kremin qatı olması üçün istifadə edəcəyiniz südün miqdarını gərək azaldasınız).

 

 Rulet kimi bükün.

 

 Hazır ruleti soyuducuda iki saat saxlayın.

 

NUŞ OLSUN! 
(səs: 4)
Şərhlər: 4
Baxılıb: 6 244
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri