Portağallı yaş keks

Müəllif: Wiyinka
Şərhlər: 3
Baxılıb: 5 156
Səs ver:
(səs: 1)
 
Tərkibi
1 ədəd portağal
3 yumurta
7 xörək qaşığı şəkər tozu
9 xörək qaşığı un
1 stəkandan biraz bitki yağı
1 paket qabartma tozu
 
Üzəri üçün
3 portağal
7 xörək qaşığı şəkər tozu
 
Hazırlanması
Portağalın qabığını rəndələyib, suyunu sıxın. Yumurta və şəkər tozunu çırpın. Sonra bitki yağı, portağal suyu
və qabığını əlavə edin. Sonra un və qabartma tozunu birgə ələyib, qarışığa əlavə edin.
Əvvəldən isidilmiş 180 dərəcədə bişirin. Üzəri üçün portağalların qabığını rəndələyib, suyunu sıxın.
Sonra bir tavaya portağal suyunu, qabığını və  şəkər tozunu əlavə edib, az xodda qaynadın.
Keks hazır olduqdan sonra hazırladığınız qlazuru keksin üstünə tökün. 5-10 dəq gözlədin.
NUŞ OLSUN! 
 
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 5 156
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri