Badamlı halva

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 4 943
Səs ver:
(səs: 3)
Tərkibi:
 Badamlı halva1.5 su stəkanı düyü unu
 2 su stəkanı isti süd
 1 qəhvə fincanı əridilmiş marqarin
 1 qəhvə fincanı əridilmiş kərəyağı
 1 çay stəkanı badam
 2 su stəkanı toz şəkər

Üzəri üçün:
Badam ləpəsi

Hazırlanması:
Toz şəkəri südə əlavə edib əridin. Düyü ununu kərəyağı və marqarin qarışığına əlavə edərək taxta qaşıqla davamlı qarışdıraraq qovurun. Badamları əlavə edib qovurmağa davam edin. Şəkərli südü yavaş-yavaş əlavə edərək qarışdırın. Az xodda bişirərək südü yaxşıca çəkməsini təmin edin. Konsistensiyaya gəlincə ocağı söndürüb, soyumağa buraxın. Soyuyan şirniyyatdan qaşıqla alıb şəkil verin. Üzərini badam ləpəsi  ilə örtüb, daha sonra xidmət edin.

Nuş olsun! nyam
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 4 943
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri