Şokoladlı-fıstıqlı tort (foto resept)

Müəllif: Wiyinka
Şərhlər: 7
Baxılıb: 5 733
Səs ver:
(səs: 1)
Tərkibi:
Korjlar üçün:
1 1/2 fincan  (240 ml-lik fincan) fıstıq (duzsuz, təmizlənmiş)
1/4 fincan un
6 iri yumurta sarısı
3/4 fincan şəkər tozu
7 iri yumurtanın ağı
4 ç.q. limon şirəsi
1 çimdik duz
1 ç.q. vanil və ya badam ekstraktı
1/2 ç.q. limon sedrası

Şokoladlı qlazur:
3/4 fincan yağlı qaymaq
210 q tünd şokolad
1 x.q. konyak

Korjların arasına:
1/2 fincan moruq və ya ərik mürəbbəsi
Şirin fıstıqlar

Hazırlanması:
Sobanı 180 dərəcədə isidin.

Fıstıqları siniyə düzün (bir lay), 12-15 dəqiqə sobada saxlayın. Amma diqqət edin ki, rəngi tündləşməsin. Çıxarın.

 


Sobanın dərəcəsini 160-a endirin.

Formanın içini yağlayın, un səpin.

Fıstıqlarla unu blenderdə xırdalayın.

 


Yumurta sarıları ilə şəkər tozunun yarısını mikserin ən yüksək sürətində qatılaşanadək çalın.

 


Yumurtanın ağı ilə limon şirəsini mikserin ən yüksək sürətində möhkəm çalın. Sonra şəkər tozunun qalanını da əlavə edib çalın.

 


Yumurtanın ağı ilə sarısının qarışıqlarını bir-biriylə qarışdırın, vanil ekstraktı və limon sedrası əlavə edin.
Fıstıqlı-unlu qarışığın 1/3-ni əlavə edin. Səliqəylə qarışdırın. Yerdə qalan unlu-fıstıqlı qarışığın yarısını əlavə edin, qarışdırın. Sonra qalanını əlavə edin və yenə qarışdırın.

 


Xəmiri formaya tökün. Formanın qıraqlarından tutub səliqəylə masaya vurun ki, xəmir bərabər qaydada yayılsın.

 


Sobaya qoyun (orta gözünə). 40-50 dəqiqə bişirin. Soyudun.

 




Qlazurun hazırlanması: Qaymağı qızdırın. Ocaqdan götürün. Şokolad parçaları səpin və əriyənədək qarışdırın. Konyak əlavə edib qarışdırın.

Soyumuş korju iki yerə bölün. Aralarına mürəbbə çəkin. Bütün tortun üstünə şokolad qlazuru çəkin. Üstünə şirin fıstıqlar səpin.

Nuş olsun!

 


(səs: 1)
Şərhlər: 7
Baxılıb: 5 733
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri