Türk paxlavası

Müəllif: Wiyinka
Şərhlər: 6
Baxılıb: 14 139
Səs ver:
(səs: 15)
Xəmir:
1 kq un
2 st. süd
100 q kərə yağı
1 yumurta
Duz

İç:
300 q qoz
300 q şəkər tozu

Şərbət:
1 st. şəkər tozu
1 st. su
Zəfəran
+100 q ərinmiş yağ

Hazırlanması:
Unu ləyənə ələyin, yumurta qırın, süd, ərinmiş yağ, duz əlavə edib bircinsli yumşaq, ələ yapışmayan xəmir yoğurun.
Kündələyin, təxminən 45 kündə alınır. Xırdalanmış qozla şəkəri qarışdırın. Bir kündəni götürüb napnazik yayın, üzərinə ərinmiş kərə yağı çəkin, iç səpin. Napnazik oxlov (yoxdursa, çubuq) götürüb lavaşı onun köməyi ilə rulet kimi bükün.
Qıraqlardan "ruleti" əlinizlə ortaya doğru sıxın (qırış-qırış alınacaq). Bütün xəmir və iç bitənədək belə paxlavalar hazırlayın. Sonra bunları yağlanmış dərin siniyə, yaxın-yaxın qoyun, üzərinə yumurta sarısı çəkin, 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Çıxarın, üzərinə ərinmiş isti yağ gəzdirin, yenə də sobaya, üstü qızaranadək bişməyə qoyun (təxminən 30-40 dəqiqə).
Şəkər tozu ilə suyu qarışdırın, zəfəran (idealda - limon) əlavə edin, qaynadın.
Üstü qızarmış paxlavanı çıxarın, üstünə şərbət gəzdirin, sobada daha 5 dəqiqə bişirin.

Nuş olsun! 
(səs: 15)
Şərhlər: 6
Baxılıb: 14 139
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri