Qoz mürəbbəsi

Müəllif: Pure Love
Şərhlər:
Baxılıb: 3107
Paylaş:
Səs ver:
(səs: 1)
Qoz mürəbbəsi 
Qoz mürəbbəsi dadlı olması ilə yanaşı, həm də çox faydalıdır. O, insan orqanizmində yod, həmçinin C və E, B qrupu vitaminlərinin çatışmazlığını aradan qaldırır. 

Tərkibi: 
100 ədəd sütül qoz
2 kq şəkər tozu
1 limon
10 ədəd mixək
0,5 kq söndürülmüş əhəng 

Hazırlanması:
Mürəbbə bişirmək üçün hələ qabığı bərkiməmiş yaşıl qoz götürün. Əlinizə əlcək geyin (sütül qozun tərkibində yod çoxdur, bu səbəbdən əlinizdə qara ləkələr əmələ gələ bilər). Qozları yuyub qabığını soyun. İki gün soyuq qaynanmış suda saxlayın. Bu müddətdə sutkada 5 dəfə olmaqla suyu dəyişin (iki günə 10 dəfə). 
İki sutkadan sonra suyu süzün, qozun üstünə əhəngli su töküb bir gün saxlayın (bəzi xanımlar qozu əhəngdə 2-3 gün saxlamağı məsləhət görürlər). 
Əhəngli suyu əvvəlcədən hazırlamaq lazımdır. Bunun üçün 0,5 kq söndürülmüş əhəngin üstünə 5 l qaynadılmış soyuq su töküb qarışdırın. 4 saatdan sonra bu suyu bir neçə qat tənzifdən keçirib qozların üstünə tökün. 
Bir (yaxud 2-3) sutka sonra əhəngli suyu süzüb, qozları çəngəllə bir neçə yerindən deşin. 
Bütün qozları deşəndən sonra yenə üstünə soyuq qaynanmış su tökün. Hər sutka 5 dəfə olmaqla suyu dəyişərək yenə iki sutka saxlayın. 
Beləcə, 5 gün hazırlıqdan sonra suyu süzün, qozları qaynayan suya salıb 10 dəqiqə saxlayın. Sonra çıxarıb aşsüzənə yığın. 
Mürəbbə üçün şərbət hazırlayın. 2 kq şəkər tozunu 2 st. qaynanmış su, 1 limonun şirəsi və 10 mixəklə qarışdırıb bişirin. 
Bu şərbətin içinə qozları töküb vam odda bişirin. Qaynara düşəndə götürün. Arada 4-5 saat saxlamaq şərtilə 2-3 dəfəyə vam odda bişirin. 

Nuş olsun!

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 3107
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook