Soçi paxlavası

Müəllif: Narın Yağış
Şərhlər: 11
Baxılıb: 18 041
Səs ver:
(səs: 6)
Xəmir üçün:
3 stəkan əla növ un (465q)
250q kiçik-kiçik doğranmış kərə yağı
1 stəkan (200q) xama
1 çay qaşığı soda
2 yumurta sarısı

İç üçün:
2 stəkan şəkər tozu
2 yumurta ağı
2 ½ stəkan (300 q) maşının iri dişindən keçirilmiş qoz ləpəsi (toz kimi olmasın, qoz bir az diri olmalıdır ki, yeyəndə  hiss olunsun)

Üstü üçün:
1 yumurta sarısı

Hazırlanması:
Əvvəlcə xəmiri hazırlayın. Böyük qabda unu və kərə yağını çəngəl və yaxud bıçaqla iri umac əldə edənə qədər döyün. Xamaya soda əlavə edib qarışdırın. Bu qarışığı və yumurta sarısını unlu-yağlı qarışığa əlavə edin. Əlinizlə xəmir əldə edənə kimi qarışdırın. Xəmir yumuşaq və zərif olmalıdır. Xəmiri 3 hissəyə bölüb, kündələyin. Kündələri ayrı-ayrı sellofana büküb soyuducuda 1 saat ərzində saxlayın. 
İçi hazırlayın. Bir qabda şəkər tozunu və yumurtanın ağını mikserlə ağarana kimi yaxşıca çalın. Doğranmış qozu əlavə edib, qaşıqla qarışdırın. Soba listinin həm dibini, həm də kənarlarını azacıq yağlayın. Sobanı 180˚C-dək qızdırın.
Xəmiri soyuducudan çıxardın. Masanı bir az unlayın. Kündələrin birini oxlovla uzunluğu 30 sm, qalınlığı isə 3 mm olan düzbucaq şəklində açın. Açdığınız xəmiri soba listinə yerləşdirin və əlinizlə xəmirin qıraqlarını listin kənarlarına yapışdırın (paxlava sobadaykən, şirə buraxdığına görə, xəmirin kənarlarını beləcə bərkitmək lazımdır). Bu layın üstünə için yarısını yayın. İkinci kündəni də eyni şəkildə açın və birinci layın üstünə qoyun. Üstünə qalan içi töküb yayın. Üçüncü kündəni açıb, ikinci layın üstünə qoyun. Üstünə yumurta sarısı sürtün. İti bıcaqla romb şəklində kəsin. Hər paxlavanın ortasına yarım qoz ləpəsi qoyun. Sobada 35 dəqiqə və yaxud üstü qızarana qədər bişirin. Soyuduqdan sonra, paxlavaları listdən çıxardın.

Nuş olsun!
(səs: 6)
Şərhlər: 11
Baxılıb: 18 041
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri