Atom peçenye

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 5 652
Səs ver:
(səs: 4)
Xəmir üçün vəsaitlər:

- 1 paket otaq istiliyində marqarin (250 qr)
- 2 yumurta
- 1 paket qabartma tozu
- 2 yemək qaşığı kakao
- 1 çay stəkanı şəkər
- Aldığı qədər un (təxminən 2.5-3 su stəkanı)

Şərbəti üçün vəsaitlər:

- 2 su stəkanı şəkər
- 1 su stəkanı su

Şərbəti soyuq istifadə edəcəyimiz üçün, peçenyeni etmədən əvvəl bişirməkdə fayda var. Su və şəkəri qaynayana qədər bişirib, soyuması üçün bir kənara buraxın. Peçenye xəmiri üçün bütün vəsaitləri qarışdırıb, qulaq məməsi konsistensiyasında (nə çox yumşaq, nə çox sərt) bir xəmir əldə edin. Xəmirdən pinpon topu böyüklüyündə toplar edərək, yağlanılmış nimçəyə düzün. 180 dərəcə sobada təxminən 25 dəqiqə qədər bişirin. Peçenyelər istiykən soyuq şərbəti üzərinə tökün, yaxşıca əmməsini gözləyin. Üzərinə hindqozu və ya fıstıqla ikram edə bilərsiniz.

Tövsiyə: Peçenyelərdən pinpon topu böyüklüyündə təxminən 18 dənə çıxır. Peçenyeləri yumrulayarkən içinə iki yarım qoz əlavə edib yumrulasanız, çox xoş olacaq. Şərbəti də olduğundan, həm çay yanına həm də yemək üzərinə servis edə bilərsiniz.

Nuş Olsun!

/Mənbə.Qadınlar.biz/


 

(səs: 4)
Şərhlər: 9
Baxılıb: 5 652
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri