Praqa tortu

Müəllif: ZehraguLu
Şərhlər:
Baxılıb: 31220
Paylaş:
Səs ver:
(səs: 47)
Tərkibi:
1,5 st. un
2 yumurta
1 st. xama
Yarım banka qatılaşdırılmış süd
1/2 ç.q. soda
1 st. şəkər tozu
3 ç.q. kakao

Krem üçün:
100 q. kərə yağı
Yarım banka qatılaşdırılmış süd
2 ç.q. kakao

Qlazur üçün:

3-4 x.q. xama
3-4 x.q. şəkər tozu
1 ç.q. kakao

Hazırlanması:

Yumurtanın ağını sarısından ayırın. Xamanın içinə soda əlavə edin. Yumurtanın ağını şəkər tozu ilə çalın. Sonra xamanı, yumurta sarısını, kakao və unu əlavə edib yaxşıca qarışdırın.

Siniyə perqament döşəyib onu bitki yağı ilə yağlayın. Xəmiri siniyə töküb soyuq sobaya qoyun. Sonra 180 dərəcə temperaturda biskviti 30 dəqiqə bişirin.
Hazır biskviti eninə 3-4 yerə bölün.
Krem üçün kərə yağı, qatılaşdırılmış süd və kakaonu mikserlə çalın. Hər korjun üstünə krem çəkərək üst-üstə qoyun.
Qlazur üçün nəzərdə tutulan ərzağı qarışdırıb zəif odda daim qarışdıraraq 5 dəqiqə bişirin. Tortun üzərinə şokoladlı qlazur çəkin.

Nuş olsun!

loading...
(səs: 47)
Şərhlər:
Baxılıb: 31220
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook