Raffaello tortu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 5 240
Səs ver:
(səs: 5)
Xəmir üçün:
2 ədəd yumurta
1 stəkan şəkər tozu
2 büküm vanil şəkəri
200 qram qaymaq (yağlılığı 30%)
2 stəkan un
1 büküm qabartma tozu
Krem üçün:
200 qram xama (yağlılığı 20%)
200 qram qaymaq
3/4 stəkan şəkər tozu
3 büküm vanil şəkəri 
Iç üçün:
200 qram moruq, çiyələk
5-6 ədəd "Raffaello” konfetləri
Tortu bəzəmək üçün:
"Raffaello” konfetləri
1 paçka kokos ovuntusu
Hazırlanma qaydası:
2 yumurta, 1 stəkan şəkər tozu və 2 büküm vanil şəkərini qarışdırıb, yaxşıca çalın. Üzərinə 200 qram qaymaq əlavə edib, yenidən çalmağa davam edin. Sonra 2 stəkan un, 1 büküm qabartma tozu əlavə edib, yenidən qarışdırın.
Xəmiri əvvəlcədən yağlanmış xüsusi forma qabına töküb, 160-170 dərəcə qızdırılmış sobada 25 dəqiqə ərzində qızarana qədər bişirin.
Soyumuş korju iki eyni hissəyə bölüb, krem hazırlamağa başlayın.
Krem hazırlamaq üçün: xama, qaymaq, şəkər tozu və vanilini qarışdırıb, yaxşıca çalın.
Birinci korjun üzərinə kremi 1 sm qalınlığında sürtərək, üzərinə giləmeyvələri (moruq, çiyələk) düzün. Sonra giləmeyvələrin üzərindən nazik qatla krem çəkib, 5-6 ədəd blenderdən keçirilmiş "Raffaello” konfetlərin ovuntusunu kremin üstündən səpin. Sonra üzərinə ikinci korju yerləşdirin. Qalan kremlə tortun üstünə və kənarlarına çəkin.
Tortu bəzəmək üçün üzərinə yarı kəsilmiş "Raffaello” konfetlərini düzüb, üzərindən kokos ovuntusunu tortun hər yerinə səpin.

Nuş olsun
(səs: 5)
Şərhlər: 9
Baxılıb: 5 240
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri