Qaragoz sirniyyati

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 4 128
Səs ver:
(səs: 4)
Vəsaitlər:
1 su stəkanı duruyağ 
1 ədəd yumurta 
1 su stəkanı qatıq 
1 çay stəkanı pudraşəkəri 
1 paket qabartma tozu
Aldığı qədər un 
2 şorba qaşığı kakao 
1 çay stəkanı incə doğranmış fındıq

Şərbət üçün: 
500 qram şəkər tozu
2 su stəkanı su 
Yarım limonun suyu
1 çay qaşığı vanil 

Hazılanması :

Əvvəlcə şərbət üçün şəkər tozu və suyu qaynadın. Limon suyunu əlavə edin və bir az daha qaynadıqdan sonra qazanı ocaqdan götürün. Vanili əlavə etdikdən sonra qarışdırın və şərbəti soyumağa buraxın. Digər tərəfdən dərin bir kasada duruyağ, yumurta, qatıq, pudraşəkəri, qabartma tozu və un əlavə edib yoğurun. Hazırladığınız xəmirdən portağal böyüklüyündə bir parça qoparın. Bu parçaya kakao əlavə edin və fındığı da qatıb, yoğurun. Sadə xəmiri oxloğla ilə açın. Kakaolu xəmiri rulo edib, sadə xəmirin kənarına qoyun və birlikdə sarın. Bir barmaq qalınlığında kəsin və yağlanılmış soba listinə düzün. Əvvəldən isidilmiş 200 dərəcə sobada üzərləri qızarana qədər bişirin. Sobadan götürdükdən sonra üzərinə soyuq şərbəti gəzdirin. Nimçənin üzərini örtün və 4 saat dinləndirin. Fındığa bulayıp, xidmət edin.

Nuş olsun !
(səs: 4)
Şərhlər: 11
Baxılıb: 4 128
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri