Röya tortu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 3 644
Səs ver:
(səs: 5)
Ərzaqlar:
150 qr otaq istiliyində sana
3 ədəd orta boy yumurta
1,5 su stəkanı toz şəkər (220 qr)
3 su stəkanı un (360 qr)
1 paket qabartma tozu
1,5 su stəkanı ilıq süd (280 ml)
1 şirin qaşığı vanil aroması
2 yemək qaşığı qəhvə
2 yemək qaşığı kakao

İç Kremi üçün:
1 paket yoğurt pendiri (200 qr)
1 qutu mascarpone pendiri (350 qr)
6-7 yemək qaşığı pudra şəkəri
1 su stəkanı qəhvə suxari
Örtməsi Üçün:
1 paket Labne pendiri (200 qr)
1 qutu krem (200 ml)
3 yemək qaşığı pudra şəkəri
İstəyə görə şokolad
Hazırlanması:
Sananı çırpma qabına alın və  krem kimi olana qədər yüksək dövrdə çırpın. Üzərinə şəkəri əlavə edərək əriyənə qədər əvvəl orta sonra yüksək dövrdə çırpmağa davam edin.
Qarışıq krem konsistensiyası alın tərəfindən yumurtaları tək-tək əlavə edin.
Südü, unu və vanil aromasını əlavə edərək hamar bir qarışıq əldə edənə qədər 1-2 dəqiqə daha yüksək dövrdə qarışdırın.
Keks qarışığını bərabər olacaq şəkildə 3 fərqli kasaya paylaşdırın.
İlk kasanı sadə buraxın, ikinci kasaya kakaonu, üçüncü kasaya isə qəhvəni əlavə edərək yaxşıca qarışdırın.
Qəlibinizi yağlayıb unlanın və ilk qarışığı içinə tökərək 180 dərəcə əvvəldən isidilmiş sobada təxminən 30 dəqiqə bişirin. Digər keks qarışıqlarına da eyni əməliyyatı tətbiq edin.
Bişən keksləri qəlibindən çıxartmaq üçün soyuyana qədər gözləyin.
Bütün kekslər bişib qəliblərindən çıxdığında iç kremi üçün lazımlı olan Labne, Mascarpone və pudra şəkərini sərtləşənə qədər yüksək dövrdə çırpın.
Keksin ilk qatını xidmət qabına alın üzərinə  kremin yarısını yayaraq suxarilərdən serpişfirin.
İkinci qatı da da eyni şəkildə yerleşdirdikdən sonra qalan kremi sürün və son qatı yerləşdirin.
Xarici örtməsi üçün labne pendiri, krem və pudra şəkərini yaxşıca çırpın. Tortun üzərini örtün.
İstəyə görə şokolad parçaları  bəzəyərək servis edin.

Nuş Olsun!
(səs: 5)
Şərhlər: 10
Baxılıb: 3 644
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri