Ananaslı şarlotka

Müəllif: Wiyinka
Şərhlər: 6
Baxılıb: 2 420
Səs ver:
(səs: 2)
Tərkibi: 
1 st. un 
1 st. şəkər tozu
2 alma
1 banka ananas konservi 
3 yumurta 

Hazırlanması:
Yumurtanın ağını sarısından ayırın. Yumurtanın ağını tədricən 0,5 st. şəkər tozu əlavə etməklə möhkəm çalın. Yumurta sarısını 0,5 st. şəkər tozu ilə çalıb çalınmış yumurta ağı ilə qarışdırın. Ələnmiş unu əlavə edin. Əgər xama qatılığındadırsa, xəmir hazırdır. 
Sinini yağlayın, alma ananas dilimlərini düzün. Meyvələrin üstünə xəmiri tökün. 180 dərəcə qızdırılmış sobada 40 dəqiqə, üstü qızaranadək bişirin. Bişib-
bişmədiyini kibrit çöpü ilə yoxlayın.
 
Nuş olsun! :11:  
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 420
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri