Bulka

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 8 588
Səs ver:
(səs: 6)
Xəmir üçün:
300 qr un 
1 st ilıq süd
50 qr şəkər tozu
1 qaşıq maya
50 qr əridilmiş yağ 
1 çimdik duz 

Krem üçün:
2 yumurta
2 st süd 
1 qaşıq un
1 st şəkər tozu
80 qr yağ
vanil 

Hazırlanması:
Xəmir üçün olan bütün ərzaqları qarışdırıb yumşaq xəmir yoğururuq və 2 saat xəmirin gəlməsini gözləyirik.Xəmir gəldikdən sonra azca yayıb arasına 150 qr yumşalmiş kərə yağı qoyub qatlaya-qatlaya bir neçe dəfə yayırıq və 1 saatlıq soyuducuya qoyuruq.

Kremin hazırlanması:
Yağ və vanildən başqa bütün ərzaqları mikserlə çalıb qoyuruq qazın üstünə ve davamlı qarışdırırıq.Azca qatılaşan kimi qazdan götürüb 10 dəq soyudun,içinə yağ və vanili əlavə edib yenidən mikserlə çalırıq.Hazır olan kremi soyuducuya qoyuruq.

Hazırladığımız xəmiri soyuducudan çıxarıb yayırıq,arasına kremi çəkirik və suda yumşaltdığımız kişmişlər əlavə edirik.Xəmiri rulet kimi büküb bir barmaq qalınlığında dilimlərə kəsirik .Əvvəlcədən isitdiyimiz sobada 180 dərəcədə üzərləri qızarana kimi bişiririk.Sobadan çıxardan kimi üstünə fırçanın ucu ilə azca şərbət gəzdiririk.
Nuş olsun !
(səs: 6)
Şərhlər: 7
Baxılıb: 8 588
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri