Kəsmikli qızılgüllər

Müəllif: Wiyinka
Şərhlər: 9
Baxılıb: 12 648
Səs ver:
(səs: 8)

Tərkibi: 
250 q kəsmik
2 yumurta
70 q şəkər tozu
200 q marqarin 
2 st. un 
0,5 ç.q. soda 
1 ç.q. sirkə 
5 q vanilli şəkər 
4 x.q. üyüdülmüş qoz 
2 x.q. şəkər pudrası 
1 çimdik duz
Hazırlanması :
Yumurtaların ağını sarısından ayırın, yumurta ağlarını soyuducuya qoyun. 
1 st. unu kəsmiklə ovun. 
Soyudulmuş marqarini bu ovuntuğun üstünə sürtgəcdən keçirin. Unun ikinci stəkanını, yumurta sarılarını, 1 çimdik duz, sirkədə söndürülmüş sodanı əlavə edin. 
Əlüstü xəmir yoğurun, yəni çox yoğurmağa gərək yoxdur ("Napoleon" xəmiri kimi), qida plyonkasına büküb soyuducuda 30 dəqiqə saxlayın. 
Soyumuş yumurta ağını möhkəm çalın, sonda şəkər tozu və vanilli şəkər əlavə edib çalın.
Xəmiri 5 mm qalınlıqda yayın. Çalınmış yumurta ağını üstünə çəkin, üyüdülmüş qoz səpin. 
Rulet kimi bükün. Kənarlarını bərkidin. Ruleti 1,5 sm qalınlıqda dilimləyin. 
Perqament döşənmiş siniyə bir-birindən ən azı 3 sm aralı olmaqla düzün. Bişəndə böyüyəcəklər.
180 dərəcə qızdırılmış sobada 25 dəqiqə bişirin. 
Hazır peçenyeləri qaba yığıb üzərinə şəkər pudrası səpin. 

Nuş olsun!  :11:

(səs: 8)
Şərhlər: 9
Baxılıb: 12 648
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri