Ərikli peçenye

Müəllif: Wiyinka
Şərhlər: 8
Baxılıb: 3 988
Səs ver:
(səs: 7)
Tərkibi: (50-60 ədəd üçün)
250 q kərə yağı
125 q şəkər pudrası
400 q un (bir az çox da tələb oluna bilər)
30 xırda ərik (yaxud 15 irisi)

Hazırlanması:
Əriklərin dənəsini çıxarın. Xırdadırlarsa 2 yerə, böyükdürlərsə 4 yerə bölün. 
Yağı şəkər pudrası ilə krem qatılığına düşənədək çalın. 
Un əlavə edib xəmir yoğurun (ovuntuq kimi alınacaq). 
Xəmiri 4-5 mm qalınlıqda yayın. 6-7 sm diametrli dairələr kəsin. Hər birinin ortasına ərik qoyun, kənarlarını elə qatlayın ki, ortası boş (bizim halda ortasında ərik) üçbucaq alınsın. 
Perqament döşənmiş siniyə düzün.  200 dərəcə qızdırılmış sobada təxminən 15 dəqiqə, qıraqları qızaranadək bişirin. Çıxarıb soyudun, üzərinə şəkər pudrası səpin. 

Nuş olsun! 
(səs: 7)
Şərhlər: 8
Baxılıb: 3 988
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri