Zəncəfilli keks

Müəllif: Wiyinka
Şərhlər: 7
Baxılıb: 4 973
Səs ver:
(səs: 3)
Tərkibi: 

keks:
200 q un 
1 iri yumurta (otaq temperaturunda)
113 q kərə yağı (otaq temperaturunda)
180 q xırda qəhvəyi şəkər tozu
1/2 fincan alma püresi 
1/2 fincan otaq temperaturunda qatıq 
2 ç.q. darçın
1/4 ç.q. üyüdülmüş mixək 
2 1/4 ç.q. üyüdülmüş zəncəfil
1 ç.q. duz
1/4 ç.q. portağal yağı və ya 1 ç. q. portağal sedrası
1 ç.q. qabartma tozu
1/4 ç.q. soda

frostinq:
125 q qaymaqlı pendir
1-2 x.q. şəkər pudrası
1-2 ç.q. limon şirəsi
1 ç.q. vanil ekstraktı
portağal və ya zəncəfil sukatları 

Keks: 

Sobanı 175 dərəcə qızdırın.
Unu ləyənə ələyin, bütün ədviyyatları, duzu, qabartma tozu və sodanı əlavə edin, yaxşıca qarışdırın. 
Yağı 1 dəqiqə çalın. Sonra tədricən şəkər tozu əlavə edərək daha 3 dəqiqə çalın. 
Portağal sedrası və ya yağı, yumurta əlavə edib daha 1 dəqiqə, qatı, həcmli krem alınınca çalın. 
Alma püresi və qatıq əlavə edin, sonra unun hamısını əlavə edib 30-40 saniyə ərzində, eynicinsli kütlə alınınca çalın. (Çox çalmaq lazım deyil, əks halda keks bərk və quru alınacaq). 
Kərə yağı çəkilmiş formaya tökün. Üzərini hamarlayın. Sobada 45-50 dəqiqə bişirin. Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın. 
15 dəqiqə formada soyudun, sonra çıxarıb şəbəkənin üstünə qoyun. Tam soyuyandan sonra folqaya büküb soyuducuda 1 sutka saxlayın. 

Frostinq: 

Qaymaqlı pendiri şəkər pudrası ilə çalın, vanil ekstraktı və limon şirəsi əlavə edin. 
Keksin üzərinə frostinq çəkin, sukatlarla bəzəyin. 
Bunu dilimləyib sobada qızdıra və yaxud vanilli (şokoladlı) dondurma ilə də süfrəyə verə bilərsiniz. 

Nuş olsun! 
 
 
 
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 4 973
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri