Piroq

Müəllif: Pure Love
Şərhlər: 8
Baxılıb: 6 140
Səs ver:
(səs: 9)

Bu piroqu hazırlamaq çox asan və  əlverişlidir.

Bunun üçün:

*3 yumurta   *1 stəkan pesok   *1 stəkan qatıq

*1 çay qaşığı soda  * 2 xörək qaşığı əridilmiş yağ

*2 stəkan un  *vanil  *1 apelsin və ya limon *cem

Əvvəlcə 3 yumurta və 1 stəkan pesoku mikserdə yaxşıca qarışdırırıq. Elə qarışmalıdır ki, pesok tam qarışsın. Sonra 1stəkan qatıq götürürük və stəkanın içinə 1 çay qaşığı soda tökürük və çalısana qədər əvvəlki yumurta və pesok qarışığının üzərinə tuturuq, çünki soda və qatıq qarışdıqca qatığın həcmi sanki artır və stəkandan daşmağa başlayır. Sonra qatığı da  həmin yumurta qarışığının içərisinə töküb mikserlə yenidən yaxşıca qarışdırırıq. Ardınca 2 xörək qaşığı yağ tökürük yağı da mikserlə qarışdırından sonra 2 stəkan un və vanil tökurun və yenidən tam həll olana qədər qarışdırıb əvvəlcədən hazırlanmış qabı yağlayıb hemin qarışığı tökürük. Çalışmalıyıq ki, tökülən qab piroq nə səkildə olmasını istıyirsinizsə, o ölçüdə olsun (yumuru olsa daha yaxşı olar). Tez-tez açıb baxmaq lazım deyil. Tez-tez açsaz xəmir yaxşı şişməyəcək. İstiliyini çalışın aşağı edəsiz, çunki içərisi bişməmiş yana bilər. Üzü qızaranda piroqun nazik çöplə. məsələn kibrit çöpüylə piroqun mərkəzi hissəsini yoxlayırıq çöp xəmirli olmazsa onda çıxarmaq lazımdır. Əgər xəmir olduğunu hiss edirsinizsə, hərarəti aşağı edin ki, yanmasın. Soyuduqdan sonra piroqu tam ortadan yarı bölün və içərisindən 1 az oxantı götürün ki, piroqun ustünə vurasınız. Piroqun içərisinə cem və apelsin olmasa limonun qabığını xırda doğrayıb, cemlə qatırıq və 2 hissəyə böldüyümüz piroqu 1 qaba qoyub hər tərəfinə eyni dərəcədə cem və apelsin qarışığını əlavə edib piroqun üst hissəsini üzərinə qoyuruq. Ona da cem qarışığımızı əlavə etdikdən sonra əvvəlcədən piroqdan götürdüyümüz oxantını piroqun üzərinə bəzək kimi vururuq. Bu çox dadlı və çox insanların bəyəndiyi piroqlardan biridir.

 

Nuş olsun!

(səs: 9)
Şərhlər: 8
Baxılıb: 6 140
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri