Limonlu dördbucaqlar

Müəllif: Wiyinka
Şərhlər: 6
Baxılıb: 3579
Səs ver:
(səs: 6)
 
Ərzaqlar
Bu resept üçün sizə təxminən 2 ədəd iri limon lazım olacaq
1 stəkan + 2 xörək qaşığı un
1 stəkan + bir stəkanın dörtdə üçü qədər şəkər kirşanı (pudrası) + əlavə olaraq üstünə səpmək üçün
2 xörək qaşığı rəndələnmiş limon qabığı
Bir çimdik duz
115 qram soyuq kərə yağı - xırda-xırda doğrayın
Yarım çay qaşığı qabartma tozu
3 ədəd iri yumurta – otaq hərarətində
Dörtdə bir stəkan + 3 xörək qaşığı təzə sıxılmış limon suyu

Hazırlanma Qaydası
Soba telini sobanın orta rəfinə yerləşdirin. Sobanı 175C-dək qızdırın. Ölçüsü 20 sm olan dördbucaq formanın dibini və kənarlarını yağlayın.
İri kasada unun 1 stəkanını, şəkər kirşanının dörtdə bir stəkanını, limon qabığı və duzu qarışdırın. Kərə yağını buraya əlavə edib, çəngəl və ya barmaqlarınızla ovub kütləni iri umac halına gətirin. Sonra isə bu umacı xəmir əldə edənədək yoğurun.
Alınan xəmiri əlinizlə üstünə basa-basa yağladığınız formanın dibinə yayın. Sobada 25 dəqiqə və yaxud, üstü azacıq qızaranadək bişirin. Piroqun biskviti hazırdır. Sobadan çıxardıb kənarda bir qədər soyumağa qoyun.

İndi isə qalan 1 stəkan yarım şəkər kirşanı, qalan 2 xörək qaşığı un və qabartma tozunu balaca kasada qarışdırın.
Ayrı qabda yumurtanı təxminən 2 dəqiqə ərzində, kütlə üç dəfə artanadək mikserlə çalın. Şəkərli-unlu qarışığı buraya əlavə edib, qarışanadək çalın. Limon suyunu də əlavə edib, qarışdırın.
Bu qarışığı bişirdiyiniz biskvitin üstünə boşaldın. Sobada 18-20 dəqiqə ərzində, duru kütlə özünü tutana qədər bişirin (çox bərk olmamalı, barmağınızşa basdığınızda bir az yumuşaq olmalı, amma sulu olmamalıdır. Bir nöqtə daha – piroqun üstü qızara da bilər, qızarmaya da, bu o qədər də vacib veyil. Hər soba fərqlidir. Mənim iri sobamda bu piroqun üstü lap az qızarır, kiçik sobamda isə əməlli başlı qızarır. Əsas odur ki, piroqu bərkitməyəsiniz). Piroqu sobadan çıxardıb qabındaca soyudun. Tamamilə soyuduqdan sonra üstünə bolluca şəkər kirşanı ələyin. Piroqu 16 ədəd dördbucağa kəsib süfrəyə verin.
 
Nuş olsun!
(səs: 6)
Şərhlər: 6
Baxılıb: 3579
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 8722
Xəbər sayı: 208
Narminovski
Sitat: nezirin
gozel 03
13 mart 2014 22:31
6
Şərh sayı: 80955
Xəbər sayı: 30
BARBI
bu sirniyat lezzetli olur.
21 yanvar 2014 10:06
5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 8819
Xəbər sayı: 0
ece uslu
limonlu wirniyatlari sevirem
21 yanvar 2014 00:46
4
Şərh sayı: 6181
Xəbər sayı: 117
Zeynuş
yemisem cox dadlu olur limonlu her bir sirniyyat superdi
21 yanvar 2014 00:13
3
Agaca dayanma çürür,insana güvenme ölür.Aç ellerini Rabbine seni bir tek O görür.
Şərh sayı: 72548
Xəbər sayı: 1
vipbetul
dadli olur
20 yanvar 2014 23:38
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Şərh sayı: 10331
Xəbər sayı: 340
Qlamurr
Terkibinde limon varsa,menimcun dadli bir wirniyyatdi.Ellerine sagliq bacican.
20 yanvar 2014 23:27
1
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri