Klassik Yumru Kökələr

Müəllif: Narın Yağış
Şərhlər: 8
Baxılıb: 7 565
Səs ver:
(səs: 7)
15 kökə üçün

Xəmir Üçün:
1 paket (2+1/2 çay qaşığı) quru maya
1/4 stəkan (60 ml) ilıq su (40-46C dərəcədə)
4 stəkan (və ya gərəkirsə daha da çox) əla növ un
2 çay qaşığı duz
2 xörək qaşığı şəkər tozu
1 stəkan süd (250 ml), otaq hərarətində və ya azacıq istidilmiş (soyuq olmasın!)
6 xörək qaşığı (90 q) kərə yağı – əridib soyudun
2 ədəd iri yumurta, otaq hərarətində (soyuq olmasın!)

Üstü Üçün:
1 ədəd yumurta – qarışdırın

Bir qabda və ya stəkanda mayanı suda həll edin. Bir qədər köpüklənməsi üçün 5 dəqiqəlik kənara qoyun.

Ləyənə 3 stəkan un (gerisini sonra əlavə edəcəksiniz), duz və şəkər tozunu qarışdırın.Buraya mayalı qarışıq, süd, yağ və yumurtaları da əlavə edib qarışdırın. Tədricən geri qalan unu da əlavə edin, lazım olduğu qədər, hamısını birdən deyil, çünki hamısı lazım olmaya da bilər. 5-6 dəqiqə ərzində xəmir yoğurun. Xəmir bərk olmamalı, yumuşaq və elastik olmalı, amma ələ yapışmamalıdır. Xəmiri kündələyin. Ləyənin dibini duru yağla bir az yağlayın və kündəni buraya qoyun. Üstünü dəsmalla örtün. Qoyun isti yerdə gəlsin. Bu, təxminən 1 saat yarım, 2 saat çəkə bilər.

Bu zaman 30 x 43-cm ölçüləri olan, kənarları dəyaz formanın dibinə perqament kağızı sərin (mən silikon örtüdən istifadə edirəm).

Gəlmiş xəmiri iki hissəyə bölün, sonra hər hissəni 8 hissəyə. 16 hissə alınacaq. Mən adətən o hissələrdən birini digər 15 hissə arasında bölürəm – beləliklə formada eyni sayıda çörək sıraları alınır. Hissələri kündələyin - əllərinizin arasında yumrulayın. Elə edin ki, kündələrin üstü hamar olsun. Kündələri cərgə ilə, bir-birindən 5 cm aralıqda olmaq şərtilə formaya düzün (şəkilə baxın). Kündələrin üstünə yüngülvari, üstünə basmadan çay dəsmalı örtün. Qoyun yenidən gəlsinlər, təxminən 30-40 dəqiqə ərzində. Kündələr şişməli və yumuşaq olmalıdırlar.

Sobanızı 190Cdək qızdırın.

Kündələrin üstünə yumurta çəkib sobanın orta rəfində üstləri qızaranadək, 20-25 dəqiqə ərzində bişirin. Kökələr isti-isti yeyilir

 

 


 


 


 

(səs: 7)
Şərhlər: 8
Baxılıb: 7 565
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri