Tısbağa tortu

Müəllif: Pure Love
Şərhlər: 7
Baxılıb: 13 845
Səs ver:
(səs: 8)
İngridientlər:
6 yumurta
2st şəkər tozu
1 ç/q soda + 1 x/q sirkə (və ya qabartma tozu)
vanil
2st un
2 x/q kakao
Kremi:
500 qram 25%li smetan
2stəkan şəkər tozu
2 x.q kakao

Hazırlanması:

Öncə yumurta ilə şəkər tozu çalınır.Çalindiqdan sonra vanil elave olunur.Sonra kənarda sodani sirkədə öldürürük.Əgər qabartma tozu istifadə etmək istəsəniz unla qarışdırıb əlavə edirik.Kakaonu da əlavə edib yenidən məhlulu qarışdırırıq.Amma unu əlavə etdikdə taxta qaşıqla qarışdırmaq lazımdır ki,xəmir yatmasın.Sobani 180-200 derecede qızdırırıq.Tavani yağlayırıq,qaşıq-qaşıq töküb yumru formada kiçik qoğallar bişiririk.
Krem üçün Smetan və şəkər tozunu şəkər tozu həll olana qədər çalırıq.Kakaonu da əlavə edib yenidən çalırıq,alınmış məhlulu soyuducuya qoyuruq(30 dəq.).
Sonra qoğalları kremləyib üst-üstə tısbağa formasında yığırıq.Daha da dadlı olmağinı istəyirsinizsə arasına qoz da qoymaq olar.Üzərini isə zövqünüzə görə bəzəyin.Bu tortu soyuducuda saxlamaq məsləhətdir.Soyuq halda yeyiləndə dondurma dadını verir.

Nuş olsun!

 

 
(səs: 8)
Şərhlər: 7
Baxılıb: 13 845
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri