Qırmızı məxmər tortu

Müəllif: Pure Love
Şərhlər: 8
Baxılıb: 2 579
Səs ver:
(səs: 1)

Amerikanların "Red Velvet" adlandırdıqları bu tortu özəl günlərdə - bayram, doğum günü, toy gününün ildönümü və ağlınıza gələn istənilən səbəbdən qeyd etmək istədiyiniz olay üçün əminliklə bişirə bilərsiniz. Üzünüzü qara etməz.

Qırmızı rəngdə alınması üçün qırmızı qida boyasından istifadə edilir. Amma qaynadılmış çuğundur şirəsindən yararlananlar da var. Dediklərinə görə, heç də pis deyil.

Tərkibi:


biskvit:
2 yumurta
250 q şəkər pudrası
250 ml bitki yağı
250 ml qatıq, yaxud xama
2 ç.q. maye qida boyası (toz halındadırsa, gözəyarı)
1 x.q. kakao
3/4 ç.q. soda
1 /4 ç.q. duz
1 ç.q. vanilli şəkər
400 q un
Krem:


400 q qaymaqlı pendir
150 q otaq temperaturunda kərə yağı
400 q şəkər pudrası
1 ç.q. vanilli şəkər

Hopdurmaq üçün:


100 ml gilənar kompotu, yaxud həmin miqdarda albalı likörü (məsləən, kirşberri)
Korj:
 mikserin qabına yumurta, şəkər tozu, vanilli şəkər, yağ və qatığı qoyun, eynicinsli kütlə alınanadək çalın. Qida boyası əlavə edib yenə çalın. 
Soda, duz, kakao və unu qarışdırıb buraya əlavə edin, eynicinsli qatı xəmir hazırlayın. 

Xəmiri 21-23 sm diametrli iki siniyə töküb 180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin. Bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın.

Sobadan çıxarıb soyudun.

Biskvit soyuyanadək kremi hazırlayın. Mikserin aşağı sürətində qaymaqlı pendirlə yumşaldılmış kərə yağını qarışdırın. Tədricən şəkər pudrası ilə vanilli şəkəri əlavə edib çalın.

Soyumuş korjlara gilənar kompotu, yaxud likörü hopdurun.

Korjların arasına krem çəkib tortu yığın, zövqünüzə görə bəzəyin.

 

Nuş olsun!

(səs: 1)
Şərhlər: 8
Baxılıb: 2 579
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri