Zəncəfilli qurabiyə

Müəllif: Wiyinka
Şərhlər: 7
Baxılıb: 2 397
Səs ver:
(səs: 1)
Tərkibi: 
500 q un 
2 çay qaşığı zəncəfil
0,5 stəkandan bir barmaq yuxarı qəhvəyi şəkər tozu
250 q marqarin
2 yumurta
1,5 stəkan badam unu
1 çay qaşığı qabartma tozu
Zoğal və ya albalı cemi
 
Hazırlanması:
Unu ələyin, zəncəfil, şəkər tozu, marqarin, yumurta, badam unu və qabartma tozunu əlavə edib yoğurun. Xəmiri 4 mm qalınlıqda yayın. Ürək şəklində qəliblə kəsin. Alınan ürəklərin yarısının ortasında xırda ürək şəklində dəliklər açın. 

1. Yağlanmış siniyə düzün. 180 dərəcə qızdırılmış sobada 35 dəqiqə bişirin.
2. Sonra "ürək"lərin arasına cem çəkməklə iki-iki yapışdırın (ortası dəlikli hissələr üstdə olmaq şərtilə).
3. Üstdəki ürək şəkilli çalanı da cemlə doldurun. 

Nuş olsun!
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 397
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri