Asan biskvit

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 15 478
Səs ver:
(səs: 10)
Ərzaqlar:
5 yumurta (Yumurtanın ağı ilə sarısını ayırın.)
1 stəkan şəkər tozu
5 dolu xörək qaşığı un
Vanil
 
Hazırlanması:
5 yumurtanın ağını yaxşıca çalın. Başqa qabda 5 yumurtanın sarısını çalın. Çalınmış yumurta ağı ilə qarışdırın.
1 stəkan şəkər tozunu hissə-hissə tökərək çalın (təxminən 4-5 dəfəyə). 5 dolu xörək qaşığı un və vanil əlavə edib yenə çalın.
Diametri təxminən 20 sm olan yastı qazanın içini yağlayın. Perqament döşəyin. Xəmiri tökün. Ağzına yaş dəsmala bükülmüş qapaq qoyun.
Qaz plitəsinin üzərinə bir tavanı ağzı aşağı çevirin. Qazanı onun üstünə qoyun. 1 saat ərzində vam odda bişirin. Bu müddətdə qazanın ağzını qəti surətdə açmayın. (Biskvit tort üçündə istifadə etmək olar)

Nuş olsun!
(səs: 10)
Şərhlər: 7
Baxılıb: 15 478
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri