Xəmiri üçün
1 su bardağı su
100 qr marqarin
1 su bardağı un
1 yemək qaşığı şəkər tozu
4 ədəd yumurta
İçi üçün krem
2 ədəd yumurta
yarım su bardağı şəkər tozu
1 su bardağı un
1.5 su bardağı süd
1 paket vanil
Şokolad
Xəmirin hazırlanması
Bir qazana su qoyun. Qaynayan suya maraqarini və şəkəri tökün. Sonra unu əlavə edin.
Əlinizi çəkmədən qarışdırın. 7-8 dəqiqə bişdikdən sonra götürün. Sonra 4 ədəd yumurtanı əlavə edib qarışdırın.
Xəmiri krem torbasına qoyub yağlanmış olan nimçəyə 4-5 sm uzunluğunda lent kimi sıxın.
200 dərəcədə bişirin.Hazır olan ekleri ikiyə bölərək aralarına hazırladığınız kremi doldurun.
Şokoladı 1 yemək qaşığı yağla əridib eklerin üzərinə çəkin.
/Mənbə.Qadınlar.biz/