Ağıllı pirojna

Müəllif: Wiyinka
Şərhlər:
Baxılıb: 4282
Paylaş:
Səs ver:
(səs: 5)
Bu pirojnanı hazırlayanda ərzaqlar qarışır və duru xəmir alınır. Amma sobada onlar "Ağıllıca", öz-özünə aralanır: ortasında krem olan tort əmələ gəlir. Bu, ərzaqların yağlılıq dərəcəsi fərqli olduğuna görə belə alınır.
Tərkibi: 
4 yumurta
125 q yağ
500 ml isti süd 
115 q un 
150 q şəkər tozu
0,5-1 ç.q. vanil
1 x.q. su
 
Hazırlanması
(20x20 sm-lik forma) Yumurta ağlarını sarılardan ayırın. Yumurta ağlarını bir çimdik duzla möhkəm çalın. 
Yumurta sarılarını şəkər tozu, vanil və su ilə çalın. Yağı əridin, azca soyudun. 
Soyumuş yağı çalınmış yumurta sarısına əlavə edib yenə çalın. 
Unu hər dəfə yaxşıca çalmaqla üç dəfəyə əlavə edin. 
Südün yarısını tökün, yaxşıca çalın, sonra südün qalan yarısını da töküb möhkəm çalın. 
Yumurta ağlarını ehtiyatla əlavə edin, qaşıqla altını üstünə çevirməklə ehtiyatla qarışdırın. 
Formanı yağlayıb içinə un səpin (formanın kənarları açılan olmasın). 
Xəmiri tökün (o, hətta blinçik xəmirindən də duru olur). 
175 dərəcə qızdırılmış sobada 40-80 dəqiqə bişirin (bu, sobadan asılıdır). Üstü yaxşıca qızarmalıdır, içi isə yumşaq olmalıdır. 
Tam soyudun. Üzərinə şəkər pudrası səpin. Doğrayın. 

Nuş olsun!

loading...
(səs: 5)
Şərhlər:
Baxılıb: 4282
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv