"Sacher"in şokolad tortu

Müəllif: Wiyinka
Şərhlər: 7
Baxılıb: 6 899
Səs ver:
(səs: 8)
Biskvit: 
110 q kərə yağı
220 q şəkər tozu
6 yumurta (ağı və sarısı ayrılır)
130 q şokolad
150 q un

Qanaş:
180 q tünd şokolad (50% və daha çox kakao)
150 ml qaymaq

Arasına:
150 q ərik konfitürü və ya cemi
 
Hazırlanması
Otaq temperaturunda olan kərə yağını şəkər tozunun yarısı ilə krem qatılığına gələnədək çalın. Yumurta sarılarını əlavə edib yenə çalın. Yumurtaların ağını şəkər tozunun qalanı ilə merengi halına düşənədək çalın. 
Şokoladı su hamamında əridin, yağlı-yumurta sarılı qarışığa əlavə edin. Çalın.Şokoladlı qarışığa merengini əlavə edin, üstünə unu ələyin. Səliqə ilə, aşağıdan yuxarıya qaldırmaqla eynicinsli kütlə halına gələnədək qarışdırın. Çalışın, merenginin havasını çox çıxarmayasınız. Siniyə perqament döşəyin, xəmiri içinə tökün. 180 dərəcə qızdırılmış sobada təxminən 30 dəqiqə bişirin (sobalar fərqləndiyindən, əgər lazım gələrsə, bir qədər artıq bişirin). Sobadan çıxarın, 15 dəqiqə saxlayın, sonra formadan çıxarıb tam soyudun. Qanaş: şokoladı xırda doğrayın. Qaymağı qaynara düşənədək qızdırın, şokoladın üzərinə əlavə edin, şokolad tam əriyənədək qarışdırın. Qanaşı otaq temperaturunda 15 dəqiqə saxlayın. Soyumuş biskviti ortadan iki korja bölün. Arasına ərik cemi və ya konfitürü çəkin. Tortun üzərinə qanaşı çəkin. Soyuducuda iki saat saxlayın. Süfrəyə çalınmış qaymaqla verə bilərsiniz.

Nuş olsun!
(səs: 8)
Şərhlər: 7
Baxılıb: 6 899
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri