bərk pendir - 100 qr.
un - 100 qr.
kərə yağı - 70 qr.
soyuq su - 2 x.q.
duz - zövqə görə
Hazırlanma qaydası:
Pendiri sürtgəcin kiçik gözündən
keçirib unla qarışdırın. Soyuq yağ
əlavə edib əlinizlə ovxalayın. Xəmir
formalaşana kimi qaşıq-qaşıq su
əlavə edin. Hazır xəmiri 1 saat
soyuducuda saxlayın.
Xəmiri mümkün qədər nazik yayın,
fiqurlar (pendirli dilimlər) kəsib
çəngəllə deşin.
Sobanı 200*С qızdırıb 8-10
dəqiqə bişirin. Soyudub dadından
həzz alın.
İstəkdən asılı olaraq krekerə acı
bibər, göyərti, küncüt və ya xaş-xaş əlavə etmək olar.