Çak-çak

Müəllif: Wiyinka
Şərhlər: 7
Baxılıb: 4 529
Səs ver:
(səs: 2)
Tərkibi:
4 yumurta
350-400 q un
1/3 ç.q. duz
0,5 ç.q. soda
1 st. bal
1 st. şəkər tozu
badam və ya qoz (bəzək üçün)
1 l bitki yağı (qovurmaq üçün)
 
Hazırlanması
 
 
Ərzaq 24-26 sm ölçülü qab üçün nəzərdə tutulub.
Masanın üstünə unu ələyin, ortasında çuxur açın. Yumurtanı duz və sodayla çalın.
Una az-az əlavə edərək xəmir yoğurun. Xəmir ələ yapışmamalı, bərk olmalıdır (yəni un bir qədər artıq tələb oluna bilər).
Xəmiri paketə qoyub 15-20 dəqiqə saxlayın.  İki yerə bölün. Hər birini un səpilmiş masada nazik yayın. 
Bunları 10-15 dəqiqə, yelçəkən olmayan yerdə saxlayın ki, bir az qurusunlar. Amma çox qurutmayın, kəsəndə dağılar. 
Yaydığınız lavaşları 5 sm enində şəridlərə bölün. Şəridləri aralarına un səpməklə yarıya bölün, sonra üst-üstə qoyun.
Nazik əriştələr kəsin, aralayaraq masaya səpələyin.
Qazanda bitki yağını qızdırın. Xırda-xırda hissələrlə (təxminən bir ovuc) orta itilikli odda əriştələri qovurun.
Təxminən 1-2 dəqiqə, bir-iki dəfə qarışdıraraq qovurun.
Bir az qızılı rəngə çalan kimi kəfkirlə çıxarın, kağız salfetin üzərinə düzün.
Əriştəni çox qovurmayın, o, açıq-qızılı rəngdə olmalıdır.

Şərbətin hazırlanması
Quru, dibi qalın qazana 1 st. bal və 1 st. şəkər tökün.
Qızdırın, daim qarışdıraraq qaynamasını gözləyin.
Qaynara düşəndən sonra 3 dəqiqə bişirin, ocaqdan götürün. 
Kəfkirə badam (qoz) yığıb qaynar bala salın və çıxarıb başqa qaba yığın (bəzək üçün gərək olacaq). 
Əriştələri bir qaba yığın, üzərinə isti şərbəti tökün, ehtiyatla taxta qaşıqla, sonra isə əllərinizi soyuq suda isladaraq qarışdırın. 
Çalışın, əriştələri sındırmayasınız, həmçinin əlinizi də gözləyin, yanmasın. 
Çak-çakı qoyacağınız boşqaba soyuq su səpin.
Şərbət soyumamış çak-çakı təpələmə içinə qoyun.
Bu zaman tələsin, çünki tez bərkiyir, həmçinin əlinizlə də çox sıxmayın, sına bilər. 
Dərhal da üzərini badamla (qozla) bəzəyin.
Həmçinin kişmiş, bəzəkli konfetlər və s. ilə də bəzəyə bilərsiniz. 
Hazır çak-çakı bir gün dolabda saxlayın. Onda dadı daha qəşəng olur.
Çak-çak 1-2 həftə dolabda xarab olmadan qala bilər, amma bu zaman üzərinə qida plyonkası çəkməyi unutmayın (quruduqdan sonra).

Nuş olsun!
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 4 529
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri