Şimal ayısı tortu

Müəllif: Narminovski
Şərhlər: 9
Baxılıb: 14 362
Səs ver:
(səs: 4)
Xəmir üçün:
1 yumurta
200 q şəkər tozu
200 q xama
60 q kərə yağı
3 x.q. kakao
1 ç.q. söndürülmüş soda
2-3 st. un

Qlazur üçün:
70 q şəkər tozu
60 q kərə yağı
2 x.q. kakao
80 ml qaymaq

Krem üçün:
600 q xama
Krem üçün şəkər tozu — zövqə görə

Hazırlanması:
Yumşalmış kərə yağını yumurta və şəkər tozu ilə çalın.
Söndürülmüş soda, xama əlavə edib yenə çalın.
Unun təqribən yarısını əlavə edin, qarışdırın, xəmiri iki yerə bölün.
Bir hissəsinə unun qalanının yarısını, o birinə unun digər yarısı ilə kakao əlavə edin.
Bunları ayrılıqda yoğurun. Xəmir çox bərk olmamalı və ələ yapışmamalıdır.
Hər xəmiri 3 bərabər hissəyə bölün.
Hər kündəni yayın. 200 dərəcə qızdırılmış sobada 5-7 dəqiqə bişirin.
Hazır korjların kənarlarını kəsib hamarlayın.
Yağ, qaymaq, şəkər tozu və kakaodan qlazur bişirin.
Xamanı şəkər tozu ilə çalın.
Korjlar və qlazur soyuyandan sonra tortu yığın.
Altdan şokoladlı korjun birini qoyun, üstünə xamalı krem çəkin, üzərinə açıq rəngli korju qoyub krem çəkin
Və beləliklə bütün korjları növbə ilə üst-üstə düzün.
Tortun kənarına xamalı krem, üstünə isə şokoladlı qlazur çəkin.
Yaxşı olar ki, bir gecə saxlayıb kremi hopdurmasını gözləyəsiniz.
 
Nuş olsun!  :01:
(səs: 4)
Şərhlər: 9
Baxılıb: 14 362
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri