Mürəbbəli bulka

Müəllif: Wiyinka
Şərhlər: 8
Baxılıb: 5 757
Səs ver:
(səs: 1)
Tərkibi: 

200 ml isti süd
50 q marqarin 
2 yumurta (biri xəmirə, biri üstünə)
3 x.q. şəkər tozu
3 x.q. bitki yağı 
1 paket vanilli şəkər tozu
1 ç.q. quru maya 
2-2,5 st. un 
0,5 ç.q. duz 
Mürəbbə (yaxud meyvə və giləmeyvə)

üzərinə: 
1 x.q. kərə yağı
2-3 x.q. un 
1 x.q. şəkər tozu

İsti süddə mayanı və 1 ç.q. şəkər tozunu əridin, 2-3 x.q. unu əlavə edib qarışdırın, 10 dəqiqə saxlayın. 

Marqarini əridin, yumurta, şəkər tozu, vanil, duz və bitki yağı əlavə edib yaxşıca qarışdırın, sonra baratanı da əlavə edib un qataraq xəmir yoğurun. Qazanın içini bitki yağıyla yağlayın, xəmiri içinə qoyun, qapağını örtüb isti yerdə 1-1,5 saat saxlayın. 

Xəmir gələndə əllərinizi yağlayıb 11-12 kündə tutun. 

Tavanı, yaxud sinini kərə yağı ilə yağlayın. Hər kündənin ortasına 1 ç.q. mürəbbə (yaxud meyvə, giləmeyvə, "Korovka" konfetinin yarısını, bişmiş qatılaşdırılmış süd və s.) qoyun. Əgər mürəbbə çox durudursa, azca un, yaxud narın suxarı əlavə edin. Xəmirin kənarlarını bitişdirin (yağ səbəbindən bitişmirsə, un vurun). "Tikiş" yeri aşağı olmaqla bir-birindən azca aralı siniyə düzün. Hamısının kənarına bitki yağı çəkin (şişib bitişəndə ayırmaq asan olsun). 

Hamısını yerləşdirəndən sonra sininin üzərinə qida plyonkası çəkin, 20 dəqiqə saxlayın. 

Həmin müddətdə üzərinə səpmək üçün un, kərə yağı və şəkər tozunu qarışdırıb ovun. 

Sobanı 200 dərəcəyədək qızdırın. Şişmiş bulkaların üzərinə çalınmış yumurta çəkin, üzərinə ovuntuğu səpin. 

Sobada üstü qızarınca bişirin. 

Soyuyandan sonra bulkaları ayırın. 

Nuş olsun!
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 5 757
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri