Boxça paxlavası

Müəllif: tek umidim sen
Şərhlər: 4
Baxılıb: 7 298
Səs ver:
(səs: 1)
Ərzaqlar:

2 su stəkanı qoz
1 su stəkanı maye yağ
1 çay stəkanı qatıq
2 ədəd yumurta
3 yemək qaşığı kərəyağı
1 şirin qaşığı sirkə
Nişasta
Aldıgı qədər un

Şərbəti üçün:
4 stəkan şəkər
3 stəkan su
1 dilim limon

Hazırlanması:
2 ədəd yumurta və 1 çay stəkanı qatıq çırpılar.
3 yemək qaşığı kərəyağı əridilər və 1 su stəkanı maye yağ ilə qarışdırılıb çırpılan qatıq və yumurtaya əlavə olunar.
1 şirin qaşığı sirkə, 2 çay qaşığı karbonat və 1 çay stəkanı su tökülər.
Az az əlavə etdiyiniz unla birlikdə xəmir yığışana qədər yoğurular.
Yoğurulan xəmir üzəri təmiz bir bezlə örtülərək dinləndirməyə buraxılar.

Şərbətin hazırlanması:

4 stəkan şəkər, 3 stəkan su və 1 dilim limonla qaynadılır və ocaqdan alınır.
Dinlənən xəmir 7 bərabər bezeye ayrılar. İlk bezə 10 kiçik parçaya kəsilər və hər parça açılıb araları unlanaraq üst üstə düzülər.
Üst üstə düzülən xəmirlər açılıb tək bir paxlava kövrəyi əldə edilər.
Paxlava kövrəyinə qoz səpilər və boxça şəklində bükülər.
Qalan 6 bezə də eyni şəkildə hazırlanar. Boxça paxlavaları qızğın yağda qızardılar.
Qızaran paxlavaların üzərinə ilıq şərbət tökülər.
Bir az dinləndikdən sonra paxlavamız xidmət üçün hazırdır.

Nuş olsun.!
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 7 298
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri