Biskivitli meyvəli tort

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 16 699
Səs ver:
(səs: 8)
Vəsaitlər
8 ədəd yumurta
2 st. şəkər tozu
2 st. un
2 ədəd qabartma tozu
2 ədəd vanel

Krem üçün:
300 qr "Wellington" kərə yağı
1 ədəd qatılaşdırılmış süd
Vanil

Bəzək üçün:

İstənilən meyvə
Jelatin tozu
200 qr qoz ləpəsi

Hazırlanması:
Əvvəlcə yumurtaları ağını sarısından ayırırıq, ağına 1 çimdik duz əlavə edib mikserlə ağaranadək çalırıq.
Üzərinə 2 st. şəkər tozunu az miqdarda əlavə edib yenidən mikserlə çırpırıq.
Beze halına gəlir.Yumurtanın sarısınıda az miqdarda elavə edib mikserlə çırpırıq.
Sonra 2 st unu ələkdən keçirdib üzərinə vanili, qabartma tozunu əlavə edib qaşıka əlavə edib qaşıkla qatışdırırıq.
Sonra tavaya kagız halqa serib biskiviti tavaya tökub 150 dərəcə duxovkanı açmadan  25-30 dəyqə bişiririk.
Sonra qatılaşdırılmış südlə yağı krem halına gətiririk.
1 paket jelatin tozunu əvvəlcədən soyuq suda 1 saat isladırıq, sonra qaba 1 xörək qaşığı şəkər tozu əlavə edirik
Jelatini üzərinə boşaldırıq, qaynara düşənə qədər orta odda bişiririk.
Tortumuzu kremləyib, qoz ləpəsini aralarına səpirik, ovuntuyla kənarlarını örtüb, meyvələri düzüb, jelatinimizi meyvələrin üzərinə gəzdiririk.
Artıq tortumuz hazırdı.
 
Nuş olsun!
(səs: 8)
Şərhlər: 6
Baxılıb: 16 699
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri