Ərzaqlar
10-15 ədəd
3-4 stəkan un
1 stəkan pudra şəkəri
250 qr. kərəyağı (otaq temperaturunda)
1 yumurta və birinin sarısı
Vanil
Üzəri üçün:
160 qr bitter şokolad
20 qr kərəyağı
Hazırlanması: 1. Un, pudra şəkəri və vanili qarışdırma qabına ələyin. 2. Yumurtaları və yağı əlavə edin. 3. Xəmir yoğurub strech filmə büküb soyuducunda 1 saat saxlayın. 4. Sonra xəmiri unlanmış dəzgahda 1 sm qalınlığında yayın. Ürək
şəklindəki peçenye qəlibləriylə kəsib yağlı kağız sərilmiş soba qabına
düzün. 5. Əvvəldən isidilmiş 180 dərəcəlik sobada 20 dəqiqə bişirin. 6. Şokoladı və kərəyağını benmari üsulu ilə əridin . 7. Soyuyan peçenyelərin yarısını şokolada bulayın və yağlı kağız sərilmiş bir nimçəyə düzün. 8. Peçenyenin şokoladı donmuş halda süfrəyə verə bilərsiniz