Kişmişli qarabaşaq piroqu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 370
Səs ver:
(səs: 0)
Tərkibi:

1 st. qarabaşaq (220 ml-lik stəkan)
400 q kəsmik
3 yumurta
3 x.q. şəkər tozu
100 q kişmiş
2 st. qaynar su
1 x.q. kərə yağı

Qarabaşağın üstünə qaynar su tökün, kərə yağı əlavə edib ağzını bağlayın, 15 dəqiqə saxlayın.

Kəsmiyi yumurta və şəkər tozu ilə çalın.

Qarabaşağın suyunu süzün. Kəsmikli qarışığa əlavə edin, kişmiş qatın. Qarışdırın, su ilə isladılmış düzbucaqlı formada siniyə töküb əvvəlcədən 180 dərəcədə qızdırılmış sobada 30 dəqiqə bişirin.

Soyuyandan sonra dilimləyin. Süfrəyə verərkən üzərinə mürəbbə suyu gəzdirə bilərsiniz.

Nuş olsun!

 

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 370
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri