Süd çörəyi tərifi

Müəllif: Narın Yağış
Şərhlər: 11
Baxılıb: 16 209
Səs ver:
(səs: 3)
Vəsaitlər:
2 ədəd yumurta
3 st un
1 st su
3 st süd (2 st su, 2 st süd də götürə bilərsiniz)
1/3 ç.q duz
1 ç.q soda
 
Qızartmaq üçün:
Duru yağ

Aralarına səpmək üçün:
Şəkər tozu

Hazırlanması:
Su, süd,yumurta, duz və sodanı bir qaba töküb çalırıq.
Unu əlavə edib həll olanadək çalırıq.
Tavanı qızdırıb yağ çəkib bir balaça abgərdən qarışıqdan tökürük.Hər iki üzünü qızardırıq.
Götürən kimi üstünə şəkər tozu səpirik.
Bu qayda ilə hamısını bişiririk.
Südçörəyini isti-isti süfrəyə veririk.
 
/Mənbə.Resept.az/
 
(səs: 3)
Şərhlər: 11
Baxılıb: 16 209
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri