Sevgi Tortu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 10 867
Səs ver:
(səs: 3)
Sevgi tortu

Bu gün biz sizinlə Sevgi Tortu bişirəcəyik.
Sizə bunun üçün lazım olanları sadalayım:

1. İki dənə ürək
2. Bir qaşıq əzab
3. İki çay qaşığı naz
4. Xeyli pul
5. İki dənə telefon
6. Balkon
7. Blok
9. Bir az gəzinti
10.Küsmək
11.Barışmaq
12.Ayrılıq (zövqə görə)


Əvvəl bu iki dənə ürəyi əməlli başdı mikserdən keçirirsən ki, başları gicəllənsin.
Sonra buna bir az əzab bir az da naz qatırsan. Yəni ki, qızlar sevdiyinə naz edərək əzab versin də... Bunsuz olar heç? Gərək "sən də məni sevirsən?" deyəndə naz etsinlər. Çünki deməyiblər axı sevirəm... Hə harada qalmışdıq? Xeyli pul da əlavə edirik bu qarışıma... Axı pulnan, ad günündə, 8 martda, yeni ildə nə bilim daha hansı günlər ki, hamısında hədiyyə almaq lazımdır qıza. İki dənə də telefon qat bu qarışıma. İki dənə ona görə ki, bu sevənlər danışsınlar bir biriynən. Bir dənə də balkon lazımdı ki, sevənlər hərdən gəlib dursun o balkonun yanında. Onda balkonu da qat torta. Aaaa buna bax yağış yağır... Bəs sevənlər neynəyəcək? Ona da bir dənə blok lazımdır ya yox? Onda bir dənə də blok qat torta. Belə də sevgi olar? Gərək sevgililər gəzintiyə çıxa, söhbət edə... Bəs birdən küsdülər? Onda küsməyi də qat bu torta. Amma belə olmaz axı. Tez elə tez barışmağı da qat bu torta çox küsülü qalmasınlar. Təəssüf ki bəzən ayrılıq da olur... Onu da istəsən qatarsan torta... Budur Sevgi Tortunun resepti...


 
(səs: 3)
Şərhlər: 1
Baxılıb: 10 867
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri