Xəmir üçün bütün vəsaitlər quru bir şüşə kasaya alınıb mikserlə çırpılır. Kvadrat list yağlanıb unlandıqdan sonra xəmir içinə yayılar. Əvvəldən isidilmiş 175 dərəcədə sobanın qapağı açılmadan bişirilir. Otaq istiliyində gözlədilərək soyuduqdan sonra eninə kəsilər. Krem üçün qazana bütün vəsait alınıb davamlı qarışdırılaraq tünd konsistensiyalı bir krem hazırlanır. Krem soyuduqdan sonra xəmirin arasına yayılır. Su və şəkər qaynadılaraq hazırlanan şərbət kremli xəmirin üzərinə gəzdirilir. Kokos və vişnə ilə bəzədilərək servis edilər.