Banan kremli mərmər ruleti resepti

Müəllif: tek umidim sen
Şərhlər: 10
Baxılıb: 8 574
Səs ver:
(səs: 4)
Tərkibi: 
Biskvit üçün: 

4 yumurta
4 x.q. şəkər tozu
1 paket vanilli şəkər 
4 x.q. un
4 x.q. qoxusuz bitki yağı
0,5 ç.q. qabartma tozu
1 çimdik duz
1 x.q. kakao tozu
1 x.q. qəhvə tozu
1-2 x.q. qaynar su

Krem üçün:
200 q yağlı xama (40%)
1 x.q. şəkər pudrası
1 paket qaymaq qatılaşdırıcısı
1 banan 
100 q şokolad (südlü və ya tünd)
1 ç.q. konyak və ya rom

Hazırlanması:
Yumurta ağlarını tədricən 2 x.q. şəkər tozu və 1 çimdik duz əlavə edərək çalın. Yumurta sarılarını qalan şəkər tozu və vanillə çalın. Çalmağı dayandırmadan yağı əlavə edin. Çalınmış yumurta ağları ilə sarılarını ehtiyatla qarışdırın. Unu qabartma tozu ilə birlikdə qarışdırın. Çalınmış yumurtalara səliqə ilə əlavə edin, çalışın, həcmi itməsin. Bir fincanda kakao, qəhvə və qaynar suyu yaxşıca qarışdırın. 36x28 sm ölçülü formanın içinə perqament döşəyin, yağlayın. Xəmirin 2/3-ni tökün. Hamarlayın. Xəmirin qalanına kakao-qəhvə qarışığını əlavə edib qarışdırın. Qaşığın köməyilə adda-budda xəmirin üstünə qoyun. Diş çöpünün köməyilə xaotik naxışlar çəkin.  180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə, hazır olanadək bişirin. 
Bişmiş biskvitin üzərinə dəsmal örtün, dərhal çevirib perqamenti çıxarın. Biskviti dəsmalla birlikdə rulet kimi bükün. 

Krem: Xamanı şəkər pudrası və qaymaq qatılaşdırıcısı ilə qatılaşınca çalın. Şokoladı su hamamında əridin. Bananı əzib püre halına salın, şokolad və konyakla qarışdırın. Bu qarışığı çalınmış xama ilə birləşdirin. Soyumuş ruleti açın, üzərinə krem çəkin, yenidən rulet kimi bükün. Soyuducuda bir qədər saxlayın. 
Qeyd: qaymaq qatılaşdırıcısının tərkibi kartof nişastası ilə şəkər pudrasının qarışığıdır. 8 qramlıq paket 200-250 ml təzə qaymaq üçün nəzərdə tutulub. Yəni əgər mağazada tapmasanız, bu qarışıqla əvəz edə bilərsiniz: 200 q xamaya 1 x.q. nişasta+1 x.q. şəkər pudrası qarışdıraraq çalın. Bunu həmçinin bir paket pudinq, yaxud tort üçün jele ilə də əvəz etmək olar. 

Nuş olsun!
(səs: 4)
Şərhlər: 10
Baxılıb: 8 574
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri