Tərkibi:
1 su stəkanı tumu çıxarılmış albalı
2 xörək qaşığı kərə yağı
1 xörək qaşığı su
Yarım su stəkanı+ 4 şorba qaşığı
Toz şəkər
1 su stəkanı süd
1 paket vanil
2 ədəd yumurta
2 ədəd yumurta sarısı
Hazırlanması:
Abalı, kərəyağı, su və 1 xörək qaşığı toz şəkəri 2-3 dəqiqə bişirin. Sununu və dənəsini ayırıb kənara qoyun. Yarım su stəkanı toz şəkəriri tavaya alıb ocağa oturdun. Karamel olana qədər qarışdırıb albalı suyunu əlavə edin. 3 dəqiqə daha bişirib 4 ədəd qaba pay edin. Soyuması üçün kənara qoyun. Süd və vanili qaynadıb ocaqdan götürün. Ayrı bir yerdə yumurta, yumurta sarısı və qalan 3 xörək qaşığı toz şəkəri yaxşıca çırpıb, südlü qarışığa əlavə edin və qarışdırın. Qarışığı 4 ədəd qaba boşaldın. 150 dərəcə sobada 35-40 dəqiqə bişirib soyumağa qoyun. Qabları isti suyun içinə batırıb çıxarın. Servis qablarına tərs çevirib çıxarın. Üzərinə, kənara ayırdığınız albalı dənələrini yerləşdirin. Soyuq olaraq servis edin.