Gavalı piroqu resepti (Foto resept)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 739
Səs ver:
(səs: 2)
Tərkibi:
115 qram Westgold kərə yağı
2 yumurta
160 qram şəkər tozu (stəkanın 3/4-ü)
225 qram un (bir stəkan yarım)
Bir çimdik duz
2 çay qaşığı qabartma tozu
4-5 gavalı
Üstü üçün şəkər kirşanı (mütləq deyil)

Hazırlanması:


Kərə yağını əridib kənarda soyudun.

 

 İri kasada yumurta və şəkər tozunu bir neçə dəqiqə çalın (rəngi bir qədər açılmalıdır).


Kərə yağını əlavə edib qarışdırın. Ayrı qabda un, duz və qabartma tozunu qarışdırın.

 

Unlu qarışığı yumurtalı kütləyə töküb qarışdırın.

 

Kənarları çıxan yumru formanın içini yağlayın. Xəmiri buraya boşaldıb yayın.


Gavalını çox nazik olmayan dilimlərə kəsib, dilimləri xəmirin üstünə dairəvi şəkildə düzün. İstəyə görə gavalıları sıx-sıx ya da aralı olaraq düzə  bilərsiniz (şəkildə gördüyünüz düzüm aralıdır).

  

Sobanı 190Cdək qızdırın. Formanı sobanın orta gözünə yerləşdirib piroqu təxminən 30 dəqiqə, yaxud üstü bir qədər qızaranadək bişirin. Hazır piroqun içinə kibrit basıb çıxartdığınızda kibrit quru çıxırsa, piroq hazırdır. Piroqu soyuduqdan sonra süfrəyə verin. İstəyə görə üstünə şəkər kirşanı da səpə bilərsiniz.

 

Nuş olsun!
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 4 739
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri