Pavlova tortu resepti - FOTO RESEPT

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 2154
Paylaş:
Səs ver:
(səs: 0)
Deyilənə görə, ”Pavlova” tortu ilk dəfə ötən əsrin 20-ci illərində məşhur Rus balerinası Anna Pavlovanın şərəfinə Avstraliyalı bir qənnadçı tərəfindən hazırlanmışdır. Digər versiyaya görə isə, tort Avstaliyada deyil, Yeni Zelandiyada icad olunub. Mübahisələr indiyənədək davam edir. Tortu isə bütün dünyada bəyənib xoşlayıblar.

"Pavlova” tortu 3 qatdan ibarətdir. Birinci qat – dairəvi merenq (bize) layıdır. Bunun üstünə ikinci qat – qaymaqlı krem çəkilir. Bu qatın üzərinə isə təzə meyvələr. Tortun originalında buraya kivi, çiyələk, marakuya meyvələri düzünür, amma bunların yerinə müxtəlif xırda giləmeyvələrdən də istifadə etmək olar. Elə bu reseptdəki kimi. Tort o qədər ləzzətlidir ki, tərif etməklə, qurtarmaz. Balerina kimi zərif, kövrək bir tortdur. Necə dəyərlər, adına laiq. Bişirin. Dadın. Nuş edin.

Tərkibi:
Bizeni hazırlamaq üçün:
4 ədəd iri yumurtanın ağı (otaq tempraturunda olmalı və qətiyyən soyuq olmamalıdır!)
1 çay qaşığı alma sirkəsi
1 çay qaşığı qarğıdalı nişastası
1 fincan / 190 qr rafinə edilmiş – xırdalanmış şəkər tozu /əgər yoxdursa o zaman mətbəx kombaynında xıradalamq olar,lakin şəkər pudrasına çevrilməməlidir/
Yarım çay qaşığı tam vanil ekstraktı

Krem üçün:
Yağlılığı 35-40% olan 300 ml qaymaq /mütləq soyuq olmalıdır/
1 çay qaşığı şəkər tozu

Üzərini bəzəmək üçün:
Qarışıq giləmeyvələrdən təzə moruq və qaragilə, nanə yarpağı və şəkər pudrası.

Hazırlanması:
Soba 100 C dərəcə tempraturda qızdırılır. Bize bişiriləcək list /tava/ sobanın orta rəfində yerləşdirilir.

Böyük,təmiz və quru qabın içərisinə yumurtanın ağı tökülür,köpüklənənədək orta sürətlə mikser vasitəsiylə çalınır.
Pavlova tortu resepti - FOTO RESEPT

Pavlova tortu resepti - FOTO RESEPT


Üzərinə alma sirkəsi və qarğıdalı nişastası əlavə edilir. Təxminən 3 dəqiqə ərzində yumşaq köpük qalxana kimi yenidən çalınır.
Pavlova tortu resepti - FOTO RESEPT


Şəkər tozu az –az, hər dəfə 1 qaşıq tökülməklə əlavə edilir və kütlə bərkiyənəcən daha 5 dəqiqə çalınır. Kütlənin hazır olub-olmadığını bilmək üçün mikserin çəlgəlləriylə kütlədən bir qədər götürülür,əgər qarışıq axmırsa və bərk vəziyyətdə miskerin çəngəlində qalırsa deməli hazır hesab olunur. Sonda vanil ekstraktı əlavə edilib kütləyə qarışdırılır.
Pavlova tortu resepti - FOTO RESEPT


Listin /tavanın/ üzərinə perqament kağızı yerləşdirilir. 25 sm diametrlik boşqabın ağız hissəsi perqament kağızının üzərinə qoyulub qələmlə dairə çəkilir. Kağızı o biri üzünə çevrilməlidir. Alınmış dairəvi forma bize üçün lazım olacaq. Belə ki, hazır bize kütləsi qaşıqla götürüb səliqəylə perqament kağızının üzərinə həmin dairə formasınca yayılmalıdır. Orta hissə isə bir qədər çökək olmalıdır. Çünki sonradan bizenin ortasına krem qoyulacaq.
Pavlova tortu resepti - FOTO RESEPT


Qapağı açılmadan ,1 saat 40 dəqiqə ərzində bize bərkiyənədək bişirilməlidir. Yadda saxlamaq lazımdır ki- bizenin rəngi ağ olmalıdır! Bize bişdikdən sonra soba söndürülür və qapağı açılmadan heç olmasa 2 saat tam soyuyanadək bize sobada qalmalıdır. Bişmiş bizenin üzəri kövrək, içərisi zefir kimi yumşaq olur.

Sonra bizeni sobadan çıxarıb səliqə ilə perqament kağızından ayırmaq və altlıqlı lövhə sini /podstavka/ üzərinə qoymaq lazımdır.

Bu arada, krem hazırlamaq üçün orta ölçülü qabda qaymaq və şəkər tozu qatılaşana kimi mikserlə çalınır. Hazır krem qaşıqla bizenin ortasına eyni bərabərlikdə əlavə olunur. Üzərinə qarışıq giləmeyvələr- moruq və qaragilə qoyulur, nanə yarpağı ilə bəzədilir. Meyvələrin üzərinə az miqdarda şəkər pudrası səpilir.

Qeyd: Tort hazırlanandan dərhal sonra sevris edilməlidir. Çünki çox qalıdıqda bize üzərindəki kremin təsirindən sovrulur və kəsdikdə isə büzüşəcək.

Nuş olsun!

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 2154
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv