Tərkibi:
1 qab çiyələkli jele
1 paket şəkərsiz vanilli pudinq
Pudinqi dadlandırmaq üçün agave siropu, bal və ya xurma suyu
2 stəkan süd
1 stəkan krem
1 xörək qaşığı toz jelatin
10-12 adət dalğalı biskvit
10-15 ədəd çiyələk
Hazırlanması:
Bu
tərif üçün mən tupperwarenin şahzadə tacı qəlibini istifadə etdim. Əgər
sizin yoxdursa, hər hansı bir keks qəlibi və ya bir kasa istifadə edə
bilərsiniz. Tortunuzun qəlibdən asan çıxması üçün qəlibinizi istifadə
etmədən əvvəl suyla yaxalayın. Tort üçün əvvəl jeleni qutunun üzərindəki
tərifə görə hazırlayaraq qəlibin içinə tökün və bir az donmasını
gözləyin. Jele yüngül donmağa başladığında saplarını ayırd etdiyiniz
çiyələkləri böyüklüyünə görə 2 ya da 3 parçaya bölərək jelenin içinə
düzün. Tez donması üçün soyuducunda gözlədin.
Mən
bu tərif üçün şəkərsiz pudinq istifadə etdim və agave siropuyla
dadlandırdım. Təbii ki bu da tamamilə seçimə bağlıdır. Siz istəsəniz
normal bir vanilli pudinq istifadə edə bilərsiniz. Şəkərsiz pudinqin
üzərindəki tərifə görə 2,5 stəkan süd ilə bişirilir ancaq bu tərif üçün
pudinqi 1 stəkan krem və 1,5 stəkan süd istifadə edərək bişirin . Normal
pudinq istifadə edəcəksinizsə bişirmək üçün 2 stəkan süd və 1,5 stəkan
krem istifadə edin. Yenə şəkərsiz pudinq istifadə edəcəksinizsə pudinqi
bişirdikdən sonra damaq dadına görə seçdiyiniz bir dadlandırıcını
istədiyiniz miqdarda (agave siropu, bal, xurma suyu, süni
dadlandırıcılar vs.) əlavə edərək damaq dadına görə dadlandırın. Mən
dadlandırmaq üçün təxminən 4 xörək qaşığı agave siropu istifadə etdim.
Pudinq
yüngül soyuyunca 1 xörək qaşığı jelatini 2 xörək qaşığı ilıq suda
əridərək süzgəc köməyiylə süzərək pudinqə qatın və yaxşıca qarışdırın.
Jelatini hər hansı bir mağazadan asanca tapıb ala bilərsiniz. Şkafdan
çıxardığınız donmuş jelenin üzərinə yenə soyuq olan pudinqi tökün və ən
üstə dalğalı biskvitləri düzün.
Qəlibinizin
üzərini bağlayaraq ən az 3-4 saat soyuducunda gözlədin. Tortunuz
kifayət qədər soyuduğunda servis qabına tərsinə çevirin və qəlibdən
çıxarın. Tortunuzu dilimləyərək servis edin.