Şokoladlı çiyələkli tort resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 17 738
Səs ver:
(səs: 8)
Tərkibi:
4 yumurta
4 qəhvə fincanı un
4 qəhvə fincanı şəkər tozu
3 yemək qaşığı kakao
1 paket qabartma tozu
1 paket vanil

Şokoladlı krem üçün:
2.5 su stəkanı süd
1 yumurta
1 paket vanil
2 yemək qaşığı un
1.5 çay stəkanı toz şəkər
2 yemək qaşığı acı kakao
1/3 su stəkanı nişasta
1 yemək qaşığı kərə yağı
100 qr bitter şokolad

Kənarları üçün:
200 qr bitter şokolad

Hazırlanması:
Toz şəkəri və yumurtaları dərin bir qaba alıb, mikser ilə təxminən 7-8 dəqiqə çırpın.
Şəkərlər əriyincə, üzərinə ələdiyiniz kakaonu, unu, qabartma tozunu və vanil əlavə edin. Yağladığınız 20 sm-lik keks qabına vəsaiti əlavə edin.
Əvvəldən isidilmiş 160 dərəcə sobada 45-50 dəqiqə bişirin.
Krem üçün şokolad, vanil və kərə yağı xaric bütün vəsaitləri əlavə edib, yaxşıca qarışdırın.
Kakao, un və nişastanı əritdikdən sonra qazanı ocağa qoyun.
Pudinq qatılaşana qədər qarışdırın.
Qatılaşandan sonra ocaqdan götürün.
Üzərinə kərəyağı, vanil və şokoladı əlavə edib, qarışdırın.
Keksi iti bir bıçaq köməyiylə eninə ikiyə bölün.
Birinci mərtəbəyə pudingin yarısını töküb yayın.
Çiyələyin yarısını üzərinə paylaşdırın.
İkinci qat keksi üzərinə qoyun.
Qalan kremi üzərinə və kənarlarına yayın.
200 qr bitter şokoladı əridin.
Tortun yüksəkliyinə və eninə görə kəsdiyiniz yağlı kağızın üzərinə töküb, yayın.
Qalan çiyələklərlə isə tortun üzərini bəzəyin.
Şokolad qıvrılacaq qədər sərtləşdikdən sonra hazırladığınız tortun kənarlarını örtün.
Soyuducuda gözlədin.
Qatılaşdıqdan sonra yavaş bir şəkildə kağızı şokoladın üzərindən alın.

Nuş olsun!
(səs: 8)
Şərhlər: 9
Baxılıb: 17 738
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri