Göy qurşağı tortu resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 12 327
Səs ver:
(səs: 4)
Tərkibi:
4 fincan toz şəkər 
4 fincan un 
1 fincan nişasta 
4 ədəd yumurta 
2 yemək qaşığı duru yağ 
1 paket qabartma tozu 
1 paket vanil 
3 yemək qaşığı qaynar su 
Göyquşağı rənglərində qida boyası 

Kremi üçün:
250 qram marqarin 
80 qram şəkər tozu
1 litr süd 
½ paket vanil 
70 qram nişasta 
80 qram pudra şəkəri

Hazırlanması:
Yumurta ağlarını krem şanti formasına gələnə qədər çırpın.
Şəkərin yarısını əlavə edin, şəkər əriyincəyə qədər çırpmağa davam edin.
Yumurta sarılarını qalan şəkər və qaynar su ilə şəkəri qarışdırın, 6-7 dəqiqə çırpın.
Şəkər əridiyi zaman yağı əlavə edin və çırpın.
Yumurta ağı və sarıları ilə toz vəsaitləri də əlavə edin və çox az çırpın.
Fərqli qablarda qida boyalarıyla qarışdıraraq istədiyiniz rəngləri əldə edin.
Unlanmış və yağlanmış qəlibə tökün.
Əvvəldən isidilmiş 180 dərəcə sobada batırdığınız diş çöpləri təmiz çıxana qədər istədiyiniz rəngləri ayrı-ayrı bişirin.
Daha sonra krem üçün şəkər, nişasta və südü qarışdıraraq bişirin.
Marqarin, pudra şəkəri və vanil birlikdə qarışdıraraq bəyazlaşdırın.
Ilıqlaşdırılan kremə az az töküb 10-15 dəqiqə çırpın.
Soyuducuda bir gecə saxlayınn.
Sobadan çıxardıb soyutduğunuz hər rəng qatının arasına krem sürərək birləşdirin.
 
Nuş olsun!
(səs: 4)
Şərhlər: 9
Baxılıb: 12 327
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri