Kirpi balası şirniyyatı resepti

Müəllif: Narın Yağış
Şərhlər: 11
Baxılıb: 15 739
Səs ver:
(səs: 7)
Tərkibi:
3-3,5 stəkan un (xəmir lazım olan konsistensiyaya gələnə qədər)
200 qram otaq temperaturunda yumşaldılmış kərə yağı
Bir stəkan süd
İki xörək qaşığı şəkər tozu
2 çay qaşığı quru maya
0,5 çay qaşığı duz

Hazırlanması:
Duzla mayanı qarışdırın,  südü, şəkər tozunu, un və yağı əlavə edin. Xəmiri yoğurun, çox bərk və ya çox yumşaq olmasın.  Xəmiri 4 saat soyuducuda saxlayın.
Bişirmədən öncə xəmiri soyuducudan çıxarın ki, otaq temperaturunda qalsın. Yeri gəlmişkən, bu xəmir soyuducuda 3 gün saxlanıla bilər, ancaq bu zaman ona yarım çay qaşığı soda əlavə etmək lazımdır.
Beləliklə, dadlı və gözəl "Kirpi balası” piroqunu hazırlayaq.

1. Xəmiri açın, yuxanın üzərinə istənilən şirin içlik qoyun

2. Fətirin kənarlarını yuxarı qaldırırıq,  ona kürə formasını veririk ki, kirpinin bədənini hazırlayaq.  Xəmiri yağlanmış soba tavasına  qoyun və kirpinin sifətini düzəldin.

3. Xəmirdən kirpinin ayaqlarını düzəldin və bədəninə yapışdırın.

4. Bıçağın köməyi ilə bu pəncələrin caynaqlarını düzəldin.

5. Qayçının köməyi ilə xəmirin üzərinə kirpi görünüşü verin. Şəkildəki kimi.

6. Gözləri və burnu araxisi qırıqlarından,  xurmadan və  qaysı qurusundan hazırlamaq olar.

Hazır "kirpi balası”nın üzərinə bitki yağı çəkin, şəkər tozu səpin və sobada bişirin.

Nuş olsun!
(səs: 7)
Şərhlər: 11
Baxılıb: 15 739
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri