Quru üzümlü keks resepti

Müəllif: Antikvar
Şərhlər: 10
Baxılıb: 5 876
Səs ver:
(səs: 4)

Qadınlar.biz üzüm qurusu tərkibli ləzzətli keksin reseptini təqdim edir.

 

Tərkibi:

200 qr kərə yağı

200 qr şəkər tozu

1 çimdik duz

4 yumurta

250 qr un

50 qr buğda nişastası

1 limon qabığı rəndəsi

250 qr üzüm qurusu

Şəkər pudrası

Qabartma tozu

 

Hazırlanması:

Şəkər və yumurtanı mikserlə ağarana kimi çalışın. İçinə ələyərək unu, buğda nişastası, isti olmayan ərimiş yağı, duzu qatıb mikserlə qarışdırın. Xəmir özünə gəlincə üzüm qurusu,  limon qabığı rəndəsi və qabartma tozunu qatın. Hazırlanan xəmiri yağlanmış və un səpilmiş soba qabına tökün. 180 dərəcədə isinmiş 35-45 dəqiqə bişirin. Bişdikdən sonra süfrəyə verəndə üzərinə şəkər pudrası tökün.

Nuş olsun! 

(səs: 4)
Şərhlər: 10
Baxılıb: 5 876
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri